• Bakı 18° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

G7 ölkələri Kiyevə yardımı davam etdirəcək
DÜNYA
22 May 2025 | 15:40

G7 ölkələri Kiyevə yardımı davam etdirəcək

Almaniyanın maliyyə naziri Lars Klinqbayl bildirib ki, yeddilik qrupu (G7) ölkələri Ukraynaya dəstəyi davam etdirməyi qərara alıb.

Bakıvaxtı.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə, ölkələr bəzi məqamların müzakirəsini davam etdirir, buna görə də yekun bəyanat hələ razılaşdırılmayıb. L.Klinqbayl həmçinin vurğulayıb ki, "yeddilik" üzvlərinin Ukraynaya yardım göstərilməsi ilə bağlı mövqeyi dəyişməyəcək.

Qeyd edək ki, 20-22 may tarixlərində Kanadanın Banf şəhərində (Alberta əyaləti) G7 ölkələrinin maliyyə nazirlərinin görüşü keçirilir.


SON XƏBƏRLƏR