• Bakı 18° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Günahkarlıq hissini aradan qaldırmağın yolları: Psixoterapevtdən məsləhət
CƏMİYYƏT
21 May 2025 | 16:10

Günahkarlıq hissini aradan qaldırmağın yolları: Psixoterapevtdən məsləhət

Günümüzdə təhsil və karyera üçün artan təzyiq bir çox insanın özünü qeyri-adekvat və tükənmiş hiss etməsinə səbəb ola bilir.

Bakıvaxtı.az xəbər verir ki, psixoterapevt Sofi Elkins bu cür mənfi emosiyalardan qurtulmağın bəzi yolları olduğunu bildirib.

Sofi Elkins qeyd edir ki, əksəriyyət istirahət etmək istədikləri zaman özlərini günahkar hiss edirlər, lakin bu, düzgün yanaşma deyil. Dincəlmək insanın əmək məhsuldarlığına qarşı bir hərəkət deyil, əksinə bir növ bərpa olunma prosesidir. Misal olaraq telefonlarımızın enerjisi bitdiyində onun işləməsi mümkün olmadığı kimi, biz də yorğun olduğumuz zamanlarda səmərəli ola bilmərik.

Bu günahkarlıq duyğusundan qurtulmağın bəzi sadə yolları var. Əvvəla, qəbul edin ki istirahət vaxt itkisi yox, məhsuldarlığı artıran bərpa prosesidir. Özünə qulluq fəaliyyətlərinə tənbəllik etmədən bir növ yenilənməyiniz üçün investisiya kimi baxın. Məhsuldarlığı yalnız akademik uğurlarla yox, qurduğunuz sosial əlaqələr, hobbilər üzərindən də dəyərləndirə bilərsiniz.

“Mən yalnız uğurlu olsam dəyərliyəm” düşüncəsini tərk edin və sadəcə bir insan olaraq var olmağın kifayət olduğunu qəbul edin. Lazım gələrsə, ətrafınızdakı etibar etdiyiniz insanlarla çətinliklərinizi səmimi şəkildə paylaşın və bundan çəkinməyin. Bu ünsiyyət həm rahatlıq verir, həm də çox güman ki, dəstək və anlayışla qarşılanacaqsınız.

Laləzər Məmmədova

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

21 May 2025