• Bakı 21° C

    6.6 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Gürcüstan Ermənistan millisinin Kosovoya uçuşuna icazə verməyib
DÜNYA
07 Iyun 2025 | 15:44

Gürcüstan Ermənistan millisinin Kosovoya uçuşuna icazə verməyib

Ötən gün Ermənistan millisi Gürcüstan qeydiyyatında olan təyyarə ilə Kosovonun paytaxtı Priştinaya uça bilməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, buna səbəb Gürcüstan və Kosovo arasında diplomatik münasibətlərin olmaması göstərilib:

"Gürcüstan Kosovonun müstəqilliyini tanımır. Gürcüstan qeydiyyatlı təyyarənin Priştinaya uçuşu üçün Gürcüstan Xarici İşlər Nazirliyindən diplomatik razılıq tələb olunurdu. Daşıyıcı aviaşirkət lazımi razılığı ala bilməyib. Bu halda, Ermənistan tərəfi təyyarəni dəyişərək, Avropa Birliyində qeydiyyatda olan təyyarə ilə Kosovoya uçmalı olub”.

Xatırladaq ki, iyunun 6-da keçirilmiş yoldaşlıq görüşündə Kosovo Ermənistanı darmadağın edib - 5:2.


SON XƏBƏRLƏR