• Bakı 23° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Gürcüstanda ölüm halları artıb
DÜNYA
28 Iyun 2025 | 17:52

Gürcüstanda ölüm halları artıb

Gürcüstanda 2024-cü ildə ölüm səviyyəsi əvvəlki illə müqayisədə 2,8 faiz artaraq 43 min 917 nəfər təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti (Sakstat) məlumat yayıb.

Bildirilir ki, ölümün əsas səbəbi, əvvəlki illərdə olduğu kimi, qan dövranı sistemində yaranan problemlər (35,9%) və bədxassəli şişlər (9,2%) ilə əlaqəli xəstəliklər olaraq qalır.

Milli Statistika Xidmətinin məlumatına görə, beş yaşadək uşaqlar arasında ölüm hallarının əsas səbəbi perinatal dövrdə aşkar edilən pozğunluqlardır. 5-39 yaş arasında xəsarətlər, zəhərlənmələr, xarici təsirlərin müxtəlif nəticələri üstünlük təşkil edir. Çünki bu yaş kateqoriyasındakı insanlar arasında qəzaların baş vermə ehtimalı daha yüksəkdir. 40 yaşdan yuxarı qan dövranı sistemi xəstəlikləri və şişlər üstünlük təşkil edir.


SON XƏBƏRLƏR