• Bakı 15° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

Gürcüstandan olan bir qrup azərbaycanlı Xankəndiyə səfər edib - FOTO 
CƏMİYYƏT
18 Oktyabr 2024 | 14:26

Gürcüstandan olan bir qrup azərbaycanlı Xankəndiyə səfər edib - FOTO 

Gürcüstanda yaşayan bir qrup azərbaycanlının işğaldan azad edilmiş ərazilərə səfəri davam edir.

Bakıvaxtı.az xəbər verir ki, nümayəndə heyəti bu gün Xankəndi şəhərində olub.

    Qonaqlara şəhər haqqında ətraflı məlumat verilib. Nümayəndə heyəti Qarabağ Universitetində olub. Onlar universitetdə tələbələr üçün yaradılmış şəraitlə tanış olaraq xatirə şəkli çəkdiriblər.

    Gürcüstandan olan Əməkdar jurnalist Nizami Məmmədzadə müəllifi olduğu bir neçə kitabı universitetin kitabxanasına hədiyyə edib.

    Qeyd edək ki, heyət səfər proqramına uyğun olaraq bu gün Ağdam şəhərinə səfər edəcək.


    SON XƏBƏRLƏR