Azərbaycanda internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin sürətə görə reytinqi üzrə hesabat açıqlanıb.
Bu barədə Bakıvaxtı.az-a İnformasiya Telekommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib.
Hesabat internet sürəti üzrə dörd kateqoriyalı təsnifat modeli əsasında hazırlanıb. Bunlar çox yüksək performans təqdim edən provayderlər (150+ Mbps), yüksək səviyyəli genişzolaqlı xidmət təqdim edən provayderlər (101–149 Mbps), orta sürət təqdim edən və ksər istifadəçi paketlərinin yerləşdiyi geniş bazar seqmenti (50–100 Mbps) və nisbətən aşağı performans göstəriciləri olan xidmətlər (1–49 Mbps) kateqoriyalarıdır.
Hesabata əsasən ölkədə çox yüksək sürət təqdim edən provayderlər "Azeronline", "Aztelekom" "Citynet", yüksək sürət təqdim edən isə "FiberNET"dir.
"ARTKOM", "AiləTV", "Alfanet", "Alnet", "AzFiberNet", "Aznet", "Bline", "Bulud Telecom", "Connect CJSC", "GSP", "KATV 1", "Metronet", "Netpoint", "SHAKH Telecom", "Sazz", "Selnet", "Smart Online", "SparkTel", TransEuroCom orta sürət təqdim edən provayder və operatorlar olaraq qeydə alınıb.
Ölkədə aşağı internet sürəti təqdim edənlər isə "Fiberon", "FlexNET", "Nest Fiber" və "Teleport" hesab olunur.
Bakı 












