• Bakı 24° C

    14.67 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək
DÜNYA
27 Avqust 2026 | 23:29

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

İranla bağlı Böyük Britaniya, Almaniya və Fransanın (“Avropa üçlüyü”), Misir, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin iştirakı ilə görüş avqustun 30-da İstanbulda keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DPA Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

    Danışıqların təşəbbüskarı Almaniya və Türkiyə tərəfləridir.

    Görüşdə, xüsusilə, Hörmüz boğazında gəmiçiliyin azadlığının təmin olunması yolları və regionda təhlükəsizlik vəziyyəti müzakirə ediləcək.

    İştirakçı ölkələr görüşün ABŞ-a İranla danışıqların davam etdirilməsinin zəruriliyi ilə bağlı siqnal olacağını gözləyirlər.

    Görüşün gündəliyində Qara dənizdə vəziyyət və Ukrayna taxılının ixracı məsələləri də olacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Avqust 2026