İspaniyanın cənub-şərqində yerləşən Valensiya vilayətində güclü yağışlar daşqınlara səbəb olub.
Bakıvaxtı.az “Deutsche Welle” portalına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində azı 62 nəfər həlak olub.
Daşqın səbəbindən yolları su basıb, bir neçə bölgə ilə əlaqə kəsilib. Bununla yanaşı, elektrik enerjisi və rabitə verilişində problemlər yaranıb.
Eyni zamanda, əlverişsiz hava şəraiti səbəbindən Malaqada içərisində 300 sərnişin olan sürət qatarı relsdən çıxıb. Hadisə zamanı xəsarət alan olmasa da, Valensiya və Madrid arasında sürət qatarlarının hərəkəti dayandırılıb.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Meteoroloqların proznoqlarına əsasən, əlverişsiz hava şəraiti oktyabrın 31-nə qədər davam edəcək.