• Bakı 24° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

İsrail Müdafiə Qüvvələri Hizbullah mövqelərinə zərbələr endirib
DÜNYA
27 Iyun 2025 | 13:50

İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirdiyini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Times of Israel” İsrail ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Daha əvvəl bununla bağlı İran KİV-i müxtəlif mənbələrə istinadən məlumat vermişdi.

IDF-in məlumatına görə, zərbə "atəş və müdafiə vasitələrinin idarə edilməsi" məqsədilə istifadə olunan obyektə endirilib.

"Son günlərdə IDF "Hizbullah"ın obyekti bərpa etmək cəhdlərini müşahidə etdiyi üçün bu bölgədəki terror infrastrukturuna zərbə endirilib", - hərbçilər bildiriblər.

IDF bəyan edir ki, bu obyektin mövcudluğu və onu bərpa etmək cəhdləri İsrail və Livan arasındakı razılaşmaların açıq şəkildə pozulması deməkdir.


SON XƏBƏRLƏR