Türkiyənin Kahramanmaraş vilayətinin Türkoğlu rayonunda baş verən meşə yanğınına havadan və qurudan müdaxilə 26 saatdır fasiləsiz davam etdirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, yanğın dünən səhər saatlarında İmalı məhəlləsinin dağlıq və meşəlik ərazisində qeydə alınıb. Yanğının səbəbi hələ müəyyənləşdirilməyib.
Söndürmə işlərinə 10 texnika, üç helikopter və təxminən 100 nəfərlik heyət cəlb edilib.
Əsasən kol-kos örtüyü olan ərazidə davam edən yanğının söndürülməsi istiqamətində səylər fasiləsiz davam etdirilir. Havanın isti və ərazinin əlverişsiz olması işləri çətinləşdirir. Havadan müdaxilənin də dayanmadan davam etdiyi bildirilir.