Kamçatka yarımadasında 5 bal gücündə zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Məlumata görə, təkanlar Petropavlovsk-Kamçatskdan 122 km uzaqlıqda, 37 km dərinlikdə baş verib.
Dağıntı və tələfat yoxdur.