Türkiyəli tanınmış aktrisa Ege Kökenli hamiləliyinin 22-ci həftəsində övladını itirib.
Bakıvaxtı.az xəbər verir ki, o bununla bağlı instaqram hesabında paylaşım edib.
“Həyat bəzən bizi ən zəif yerimizdən sınayır... Hamiləliyimin 22-ci həftəsində, hər şeyin yaxşı getdiyi bir vaxtda çox böyük həyəcan və sevgi ilə gözlədiyimiz körpəmizi itirdik. Tibbi olaraq əlimizdən gələn hər şeyi etməyimizə baxmayaraq, qızımızı qucağımıza ala bilmədik”, - aktrisa yazıb.
Qeyd edək ki, Ege Kökenli “Yahşi cazibe”, “Kalp atışı”, “Güneşin kızları”, “Yasak elma”, “Menajerimi ara”, “Güzel aşklar diyarı” kimi bir çox seriallarda rol alıb.
O, 2022-ci ildə Lior Ahituv adlı şəxslə ailə həyatı qurub.