• Bakı 32° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

Kredit kartı istifadə edənlərə GÖZLƏNİLMƏZ XƏBƏR: Qərar artıq qüvvədədir
İQTİSADİYYAT
06 Avqust 2025 | 13:50

Kredit kartı istifadə edənlərə GÖZLƏNİLMƏZ XƏBƏR: Qərar artıq qüvvədədir

Mərkəzi Bank istehlak kredit kartları üzrə borclanmanı daha sağlam və məsuliyyətli etmək üçün yeni tənzimləmələr tətbiq edib. Yeniliyə əsasən, vətəndaşın kredit kartı üzrə borcu onun vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Məqsəd əhalinin izafi borclanmasının qarşısını almaq və bankların riskləri erkən mərhələdə idarə etməsini təmin etməkdir. Nağd vəsait, bank və qiymətli metalla təmin olunan kreditlər bu məhdudiyyətdən istisnadır.

Bəs mövcud yenilik vətəndaşlara nə qazandıracaq?

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli News24.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın bu addımı iki əsas səbəbdən irəli gəlir:

“Birincis,i vətəndaşların həddən artıq yüklənməsinin qarşısının alınmasıdır. Hazırda təsdiqlənmiş qaydalara görə, ümumi kredit xətti vətəndaşın rəsmi gəlirinin 5 misli ilə məhdudlaşdırılır. Bu zaman vətəndaşın kredit kartından istifadəsi də nəzərə alınmalıdır. Yəni ümumilikdə, bir şəxsin rəsmi gəlirinin 5 mislindən artıq kredit limiti ola bilməz”.

İqtisadçı qeyd edir ki, ikinci əsas məsələ isə bankların öz vəsaitlərini yerləşdirərkən riskləri düzgün idarə etməsi ilə bağlıdır:

“Banklar bir müştəri kontekstində həddən artıq riskə getməməlidir. Əgər bir şəxsə böyük həcmdə kredit limiti verilərsə və o, bu borcu qaytara bilməzsə, bu, birbaşa bankın kapitalına mənfi təsir göstərə bilər. Ona görə də bu tənzimləmə həm vətəndaşların borc yükünü tənzimləmək, həm də bankların dayanıqlığını qorumaq baxımından vacibdir”.

Xalid Kərimli əlavə edib ki, yeni qaydalar kreditə çıxışı çətinləşdirəcək:

“Əgər vətəndaş daha çox kredit almaq istəyirsə, o zaman onun rəsmi gəliri də daha çox olmalıdır. İstənilən halda, bu qərar kredit götürmək imkanlarını bir qədər məhdudlaşdıracaq”.


SON XƏBƏRLƏR

06 Avqust 2025