"Azərbaycan və Ermənistanın ABŞ-də niyyət protokolu imzalayacağı deyilir".
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Ekspert bildirib ki, Azərbaycanın tələbələri gündəmdədir və hələlik bu tələblərin icra olunması ilə bağlı hansısa irəliləyiş gözə çarpmır:
"Bakı İrəvandan tələb edir ki, Ermənistan öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını qaldırsın və ATƏT-in Minsk qrupunun ləğvinə dair birgə müraciətə razılıq versin. Hazırda Ermənistan hökuməti faktiki olaraq nə Konstitusiyasını dəyişib, nə də Minsk qrupunun ləğvi ilə bağlı müraciət edib. İrəvan hökuməti bu şərtləri icra etmədən sülh sazişinin imzalanması mümkünsüzdür”.
Müsahibimizin sözlərinə görə, digər məsələ sülh sazişi sənədinin paraflanması ilə bağlıdır. Yəni sülh sənədinin mətninin təsdiqlənməsidir. Politoloq qeyd edib ki, onsuz da indiki sülh müqaviləsinin mətni, oradakı müddəalarla bağlı tərəflər arasında hansısa narazılıq, anlaşmazlıq yoxdur:
“Tərəflər sənədin bütün bəndlərini qəbul ediblər. Ona görə də suallara cavab tapmadan görüşün nəticəsi ilə bağlı konkret nəsə söyləmək mümkün olmur".
İlqar Vəlizadə: İrəvanın şərtləri icra etmədən sülh sazişinin imzalanması mümkünsüzdür
İ.Vəlizadə vurğulayıb ki, ABŞ-nin sülh prosesində yer almaq istəyi ortadadır:
"ABŞ prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh prosesində, sazişin imzalanmasında fəal rol oynamaq istəyir. Ağ Ev öz maraqlarını gizlətmir. Eyni zamanda çalışır ki, sadəcə sülh sazişinin imzalanmasında deyil, həmçinin, Zəngəzur dəhlizinin reallaşmasında və fəaliyyətində iştirak etsin. Bu fonda müəyyən razılıqların olacağı istisna edilmir. Yəni bu məsələdə ABŞ-nin maraqlarını nəzərə alına bilər".
Aydın Baxış