Gürcüstan təhlükəsizlik və müdafiə indeksinə əsasən Avropada ilk 20 ölkə arasında 14-cü, dünya miqyasında isə 25-ci yerdə qərarlaşıb.
Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bu barədə Hakim partiya "Gürcü Arzusu"nun yaydığı məlumatda qeyd olunub.
Məlumata görə, Dünya Bankı və Dünya İqtisadi Forumu tərəfindən hazırlanan hesabatda dünyanın və Avropanın ən təhlükəsiz ölkələri sıralanıb. Qlobal reytinqə görə, dünyada ən təhlükəsiz ölkə Sinqapur, Avropada isə İslandiyadır.
Gürcüstan bu indekslə bir çox inkişaf etmiş dövləti geridə qoyub və "Böyük Yeddilik" ölkələrinin hamısından, həmçinin Aİ və NATO-nun 24 üzvündən – ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, İtaliya, Yaponiya, İspaniya, İsveç, İrlandiya, Latviya, Avstriya, Monteneqro, Polşa, Şimali Makedoniya, Albaniya, Litva, Belçika, Slovakiya, Kipr, Bolqarıstan, Rumıniya, Yunanıstan və Türkiyədən öndə olub.
Gülşən Şərif