Müğənni Vəfa Şərifova növbəti paylaşımı ilə diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, ifaçı bu gün infarkt keçirərək dünyasını dəyişən Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədovun fotosunu paylaşaraq sarsıldığını bildirib.
O, paylaşıma bu sözləri yazıb:
"Gözəl ürəkli, dəyərli insan, Rauf... Sən mənim üçün də bir qardaş idin. Bu dünyadan çox vaxtsız köçdün. Bacım, ürəyim, Könülüm. Allah sənə və ailənizə səbir versin. Rauf, Allah sənə rəhmət eləsin. Sən həm ailənə həm vətəninə layiqli oldun. Fəxr yerimiz idin. Ruhun şad, məkanın cənnət olsun. Nur içində yat".
Z.Əliyev