• Bakı 24° C

    13.28 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Kürdəmirdə qaranlıq yol yenə qəzaya səbəb oldu - VİDEO
HADİSƏ
30 Avqust 2026 | 21:15

Kürdəmirdə qaranlıq yol yenə qəzaya səbəb oldu - VİDEO

Kürdəmirdə işıqlandırılmayan yolda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Pirli kəndi ərazisində qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, sakinlərin Baku TV-yə dediklərinə görə, ərazidə yolun işıqlandırılmaması, eləcə də sərt döngələrdə yol nişanlarının olmaması sürücülər üçün ciddi təhlükə yaradır.

"Qaranlıqdır, görünmür. Mal-qara yola çıxır. Sərt döngədir, işıqsızdır. Sürücü də gəlir, görmür, düşür", - sakinlərdən biri deyib.

Digər sakin isə bildirib ki, ərazidə əvvəllər də bir neçə qəza baş verib:

"Kənd camaatı yolu bilir, amma kənardan gələn sürücülər bilmirlər. Xahiş edirik ki, bu yol işıqlandırılsın. Burada üç-dörd belə hadisə olub. Sərt döngələrdir, yol nişanları qoyulmur, işıqlandırma yoxdur".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Avqust 2026