• Bakı 24° C

    7.25 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Lənkəranda iş adamını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
HADİSƏ
29 Iyun 2025 | 13:07

Lənkəranda iş adamını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Lənkəranda iş adamını bıçaqlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan apa-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib.

    Qeyd olunur ki, əməli törətməkdə şübhəli bilinən 40 yaşlı B.Tahirov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırma aparılır.

    ***

    12:30

    Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

    Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki,hadisə səhər saatlarında Lənkəran şəhərinin "Böyük Bazar" deyilən ərazisində qeydə alınıb.

      Belə ki, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən "Pambayi" istirahət mərkəzin müdiri 1977-ci il təvəllüdlü Firad Səyad oğlu Həbibov bıçaqlanıb.

      5 bıçaq zərbəsi alan yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi yardım göstərildikdən sonra əməliyyat bloku alınıb.

      Faktla bağlı araşdırma aparılır.


      SON XƏBƏRLƏR

      28 Iyun 2025