Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, E qrupunda İndoneziya Kosta Rika ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında keçirilən görüş İndoneziya yığmasının qələbəsi ilə nəticələnib - 1:0.
Qeyd edək ki, bu gün baş tutan digər görüşdə H qrupunda İspaniya Qananı məğlub edib - 3:0