Türkiyə Futbol Federasiyası əsas milli komandanın baş məşqçisi Vinçentso Montellanın müqaviləsinin müddətini uzadıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı mütəxəssisin gələn ilin yayına kimi nəzərdə tutulan sözləşməsi daha 2 il uzadılıb.
Qeyd edək ki, Vinçentso Montella 2023-cü ilin sentyabr ayında Türkiyə yığmasının baş məşqçisi postuna təyin olunub