Naxçıvan şəhəri və Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.
Bakıvaxtı.az xəbər verir ki, sentyabrın 8-dən 11-dək Naxçıvan şəhəri və Babək rayonunun müəyyən ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Qeyd olunan günlərdə 110/35/10 kilovoltluq "Xalçaçılıq" yarımstansiyasından qidalanan 10/0,4 kV-luq xətlərdə dartılma və ağacların budanması işləri həyata keçiriləcək.
Eyni zamanda, Nehrəm 35/10 kV yarımstansiyasından qidalanan 10 kV-luq Nehrəm-2, Nehrəm-3 və Nehrəm-4 hava xətlərində, eləcə də 10/0,4 kV KTM-lərdə təmir işləri görüləcək.
Bununla əlaqədar Naxçıvan şəhərinin 59, 61, 48, 49 nömrəli məhəllələrində və Yunis Cabbarov küçəsində, eləcə də Babək şəhəri və Nehrəm qəsəbəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.