• Bakı 22° C

    7.74 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Pendir yemək kabuslara səbəb olur
CƏMİYYƏT
30 Iyun 2025 | 15:53

Pendir yemək kabuslara səbəb olur

Alimlər yatmazdan əvvəl pendir yeməyin kabuslara səbəb ola biləcəyini təsdiqləyiblər.

Bakıvaxtı.az xəbər verir ki, Britaniyanın “The Odd Company” brendinin sifarişi ilə aparılan araşdırmaya əsasən, yatmazdan əvvəl 30 qram pendir yemək narahatedici və ya qorxulu yuxular görmə ehtimalını 93 faiz artırır. 

Məlumata görə, təcrübədə dörd gecə ardıcıl olaraq müxtəlif növ pendir – brie, çedar, stilton və mozzarella yeyən 30 nəfər iştirak edib. Daha sonra iştirakçıların əksəriyyəti canlı və narahatedici yuxulardan şikayətlənməyə başlayıblar: onlar xəyanət, uçan robotların hücumları və s. kimi yuxular görüblər.

Bildirilib ki, Brie pendir növü iştirakçıların 68 faizində narahatedici yuxulara səbəb olub. Stilton - 63 faiz, çedar - 56, mozzarella isə yalnız 40 faiz kabuslara səbəb olub.

Bundan əlavə, pendirin yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirdiyi qeyd olunub. Belə ki, iştirakçılar hər gecə orta hesabla bir saat yuxu itiriblər.

Vurğulanıb ki, pendirin tərkibində beyin və ürəyi stimullaşdıran tirozin, həmçinin serotonin və melatoninin sintezi ilə əlaqəli olan triptofan var. Bu maddələr yuxunun fazalarına və yuxuların canlılığına birbaşa təsir göstərir. Serotoninin səviyyəsi nə qədər yüksək olarsa, yuxunun REM mərhələsi bir o qədər aktiv olur ki, burada ən parlaq yuxular yaranır.

Yuxuları pozma riskini artırmamaq üçün mütəxəssislər yatmazdan əvvəl deyil, yatmazdan 2-4 saat əvvəl pendir yeməyi məsləhət görürlər.

Mina Mikayılova


SON XƏBƏRLƏR