Mingəçevirdə qonşular arasında düşən mübahisə ana və oğlunun döyülməsi ilə nəticələnib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin keçmiş 5 saylı Dəmir Beton Məmulatları Zavodu ərazisində müvəqqəti olaraq məskunlaşan keçmiş məcburi köçkünlər arasında yaşanıb.
Ağdam rayon sakinləri olan 1970-ci il təvəllüdlü Cəfərova İradə Qədir qızı və 1994-cü il təvəllüdlü oğlu Cəfərov Ramal Azər oğlu qonşuda yaşayan kişi ilə mübahisə və münaqişə zəmnində döyülüblər.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır./Teleqraf