• Bakı 22° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

IX siniflər arasında oxuyub yaza bilməyən şagirdlərin sayı 

CƏMİYYƏT

03 Iyun 2025 | 10:18

IX siniflər arasında oxuyub yaza bilməyən şagirdlərin sayı 

Ötən il şagirdlər arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub.

Bakıvaxtı.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

Bildirilib ki, belələri 9-cu sinif şagirdləri arasında 5 nəfər olub:

"Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən bu faktın, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayına gəlincə, Bərdə, Ağcabədi, Saatlı, Lənkəran, Şabran rayonlarının hərəsində 1 nəfər olub.


SON XƏBƏRLƏR

04 Iyun 2025