• Bakı 26° C

    9.72 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

İcmal büdcənin neft gəlirləri isə 6,8 mlrd. manat çox olub

İQTİSADİYYAT

03 Iyun 2025 | 11:45

İcmal büdcənin neft gəlirləri isə 6,8 mlrd. manat çox olub

Xərclərin ümumi məbləği daxilində qanun layihəsində funksional təsnifatın bəzi bölmə və köməkçi bölmələri üzrə icra edilmiş 250,0 mln. manat və xarici kreditlər üzrə istifadə edilməmiş 70,0 mln. manatdan çox qalıq vəsaitlərin büdcə xərclərinə daxil edilməsi hüquqi aktların meyarlarına tam uyğun gəlmir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Bildirib ki, təhlil uyğunsuzluq məbləğinin əvvəlki ildə müəyyən edilən məbləğdən əhəmiyyətli dərəcədə az olduğunu deməyə əsas verib.

Nəzərə çatdırıb ki, 2024-cü ildə makrogöstəricilər əsasən optimist ssenarisi üzərindən icra edilib. 

Vurğulayıb ki, neftin qiymətinin hər 10 ABŞ dolları çox olmasının icmal büdcə gəlirlərinə 2,1 mlrd. manat, o cümlədən dövlət büdcəsinə 0,4 mlrd. manat təsir edir. 

İlkin “Büdcə zərfi” ilə müqayisədə neftin qiymətinin 22 ABŞ dolları çox olması şəraitində dövlət büdcəsinin neft gəlirləri təxminən 0,8 mlrd. manat çox olub, icmal büdcənin neft gəlirləri isə 6,8 mlrd. manat çox olub.

Mina Mikayılova


SON XƏBƏRLƏR

04 Iyun 2025