“Narkotik maddələr üç əsas kateqoriya üzrə seçilir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru Fəzail Sadıqov deyib.
O bildirib ki, bu kateqoriyalar tibbi, hüquqi və sosial sahələri əhatə edir.
Mərkəz direktoru qeyd edib ki, narkotik maddələr kimyəvi tərkibinə, təsir gücünə və digər xüsusiyyətlərinə görə təsnif edilir.
F.Sadıqov əlavə edib ki, narkotik vasitələr təbii, yarım-sintetik və sintetik yolla əldə olunur.
Mina Mikayılova