• Bakı 25° C

    8.83 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

İki uşaq anasının ölümünə səbəb olan həkimə hökm oxundu
HADİSƏ
03 Iyun 2025 | 13:20

İki uşaq anasının ölümünə səbəb olan həkimə hökm oxundu

Bakıda iki uşaq anasının ölümündə təqsirləndirilən həkimə hökm oxunub.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə B.Mahmudov 2 il 9 ay azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, Aybəniz Almuradova ötən il iyunun 11-də liposaksiya əməliyyatı üçün "Reo-Med" klinikasına müraciət edib və iyulun 2-də həyatını itirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Dünyasını dəyişən A.Almuradova iki azyaşlı uşaq anası olub.

 

 


SON XƏBƏRLƏR

04 Iyun 2025