• Bakı 22° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Tramp və Mask arasında münasibətlər gərginləşir
DÜNYA
05 Iyun 2025 | 09:11

Tramp və Mask arasında münasibətlər gərginləşir

ABŞ Prezidenti Donald Tramp, iş adamı İlon Maskın Ağ Ev tərəfindən irəli sürülən vergi və xərclər layihəsini tənqid etməsindən sonra ona qarşı səbirini tükətmək üzrədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

    Nəşrin yazdığına görə, Tramp və məşhur sahibkar arasında münasibətlər getdikcə gərginləşir.

    Daha əvvəl İlon Mask ABŞ Konqresində Tramp administrasiyasının təklif etdiyi federal xərclərin azaldılmasına dair qanun layihəsinə səs verən konqresmenləri açıq şəkildə tənqid etmişdi.

    Bundan sonra “Axios” nəşri yazmışdı ki, Tramp Maskdan narazı olsa da, onların münasibətləri tamamilə pozulmayıb və hər iki tərəf əlaqələri qorumağa çalışır.


    SON XƏBƏRLƏR