• Bakı 23° C

    9.72 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Həmkarlar ittifaqının nümayəndələri Xalq artisti Arif Babayevi ziyarət edib
MƏDƏNİYYƏT
03 Iyun 2025 | 13:13

Həmkarlar ittifaqının nümayəndələri Xalq artisti Arif Babayevi ziyarət edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elkiyar Ziyadov “Bilgəh” sanatoriyasında dincələn görkəmli xanəndə, Xalq artisti Arif Babayevi ziyarət edib.

Muğam sənətimizin inkişafındakı xidmətlərinə görə “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenləri, “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunmuş Arif Babayevlə görüşdə sənətkarın səhhəti ilə maraqlanılıb, ona diqqət və ehtiram göstərilib. Eyni zamanda xanəndənin Heydər Əliyev Mükafatına layiq görülməsi münasibətilə təbriklər çatdırılıb.

Görüş zamanı Respublika Komitəsi tərəfindən mədəniyyət işçilərinin sosial rifahının yaxşılaşdırılması, peşəkar inkişafının və yaradıcılıq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışılıb.

Xalq artisti göstərilən diqqət və qayğıya görə həmkarlar ittifaqının nümayəndələrinə təşəkkür edib.


SON XƏBƏRLƏR

04 Iyun 2025