Əgər Rusiya atəşkəslə razılaşsaydı, Ukrayna Rusiyanın strateji aviasiyasını məhv etməyə yönəlmiş “Hörümçək toru” əməliyyatını həyata keçirməzdi.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
“Atəşkəs həmin əməliyyatdan əvvəl razılaşdırıla bilərdi. Əgər bu baş versəydi, əməliyyat olardımı? Xeyr.
Yəni bu o demək deyil ki, biz eyni anda həm atəşkəs istəyirik, həm də heç nə etmirik. Bu, bizim yanaşmamızdır. Qaydaları biz seçməliyik. Mən hesab edirəm ki, atəşkəsin qaydaları hamı üçün keçərlidir. Əgər bu qaydalar pozulursa, biz də onları poza bilərik”, – deyə prezident vurğulayıb.
Qeyd edək ki, iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidməti bir ildən artıq müddətdə planlaşdırılan “Hörümçək toru” əməliyyatını həyata keçirib.