• Bakı 22° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Gəncədə qudaların davası ağır xəsarətlərlə nəticələndi

HADİSƏ

03 Iyun 2025 | 09:03

Gəncədə qudaların davası ağır xəsarətlərlə nəticələndi

Gəncənin Məhsəti qəsəbəsində qudalar arasında ailə münaqişəsi zəminində baş verən kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində Kəlbəcər rayon sakinləri – 1980-ci il təvəllüdlü Ə.Əlişanov bıçaq xəsarəti, onun həyat yoldaşı A.Əlişanova və 2005-ci il təvəllüdlü övladı A.Əlişanov isə müxtəlif dərəcəli bədən xəsarətləri və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdiriliblər.

Məlumata əsasən, ana və övlad balta xəsarətləri alıblar. Ə.Əlişanovun vəziyyətinin ağır, həyat yoldaşı və övladının isə stabil olduğu bildirilib. Davada qarşı tərəfdən də 2 nəfərin xəsarət aldığı və onların da başqa tibb müəssisəsinə yerləşdirildiyi qeyd olunur.

İlkin ehtimala görə, mübahisə ailədaxili narazılıq zəminində yaranıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


SON XƏBƏRLƏR

04 Iyun 2025