• Bakı 21° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Narkotiklə bağlı daha iki nəfər tutuldu

HADİSƏ

03 Iyun 2025 | 10:58

Narkotiklə bağlı daha iki nəfər tutuldu

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, əməliyyat zamanı rayon sakinləri Aydın Kazımov və Tofiq Bədəlovdan ümumilikdə 5 kiloqram marixuana, 1 kiloqram heroin, 300 qram həşiş və metadon tərkibli psixotrop həblər aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam edir.


SON XƏBƏRLƏR

04 Iyun 2025