• Bakı 26° C

    9.72 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Sosialyönlü xərclərin maliyyələşməsi üçün istifadə olunan vəsait açıqlandı

İQTİSADİYYAT

03 Iyun 2025 | 11:37

Sosialyönlü xərclərin maliyyələşməsi üçün istifadə olunan vəsait açıqlandı

Hesabat ilində sosialyönlü xərclərin maliyyələşməsi üçün  büdcə xərclərinin 38,9 faizi həcmində və ya 14,7 mlrd. manat vəsait istifadə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi qanun layihəsinin təqdimatə zamanı deputat Azər Əmiraslanov deyib.

Qeyd edib ki, bu rəqəm 2023-cü illə müqayisədə 304 mln. manat çoxdur. Ümumiyyətlə, son 5 ildə  (2020-2024) sosialyönlü xərclər 4 mlrd. manat və ya 37,7 faiz artıb.

Bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2024-cü ildə də dövlətimiz tərəfindən əhalinin rifahının yaxşılaşdırılması, həssas əhali qrupunun sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə bir sıra qərarlar qəbul edilib. 

Belə ki, orta pensiya məbləği 12,0 faiz artımla 494 manata, yaşa görə pensiya 11,3 faiz artımla 528 manata, yaşayış minimumu 9,8 faiz artımla 270 manata çatdırılıb. 

Ehtiyac meyarının da 246 manatdan 270 manata yüksəldilməsi ilə ünvanlı dövlət sosial yardımı üçün ayrılan büdcə vəsaiti 179 milyon manat artırılaraq 457 milyon manat təşkil edib.

Elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti xərclərinə 11,5 mlrd. manat vəsait sərf edilmişdir. Bu büdcə xərclərinin 30,6 faizi həddindədir.

Mina Mikayılova


SON XƏBƏRLƏR

04 Iyun 2025