• Bakı 21° C

    6.58 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Qurban kəsmək istəyən 14 mindən çox insan xəstəxanalıq oldu
DÜNYA
07 Iyun 2025 | 09:00

Qurban kəsmək istəyən 14 mindən çox insan xəstəxanalıq oldu

Türkiyədə Qurban bayramının ilk günündə  tibbi yardıma 14 mindən çox müraciət qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu  barədə ölkənin səhiyyə naziri Kamal Memişoğlu məlumat yayıb. 

O, bildirib ki, qurbanlıq heyvanların kəsimi zamanı 14 372 nəfər xəsarət alıb. Ən çox xəsarət alan  Ankara (1049 nəfər), İstanbul (753) və Konyada (655) qeydə alınıb.

"Qurbanlıq heyvanlar peşəkarlar tərəfindən kəsilməlidir. Heyvanını hələ də kəsməyən vətəndaşlarımıza bu məsələyə diqqət yetirmələrini xatırladırıq", - nazir "X" hesabında yazıb. 

Hadisələr ölkənin 81 əyalətində baş verib.  

Qeyd olunur ki, səlahiyyətli orqanların illik tövsiyələrinə baxmayaraq, bir çox türklər hələ də özbaşına - evlərin həyətində, binaların damında, qarajlarda və küçələrdə qurbanlar kəsməyə üstünlük verirlər.

Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə 14 000-dən çox insanda heyvan və alətlərlə qeyri-adekvat rəftar edərkən kəsilmiş, deşilmiş, yerindən çıxmış və digər xəsarətlər təşkil edir. Bəzi xəsarətlər o qədər ciddidir ki, əməliyyat və ya xəstəxanaya yerləşdirmə tələb olunur.


SON XƏBƏRLƏR

06 Iyun 2025