Yekaterinburqda "Rusiya Günü" münasibətilə təntənəli tədbir keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbir çərçivəsində mükafatlandırma mərasimi baş tutub.
Sverdlovsk vilayətinin qubernatoru vəzifəsini icra edən Denis Pasler Əlavə Təhsil Bələdiyyəsi Muxtar Təhsil Müəssisəsinin Yunan-Roma Güləşi üzrə Olimpiya Ehtiyatları İdman Məktəbinin məşqçi-müəllimi Heydər Məmmədəliyevə 2-ci dərəcəli “Sverdlovsk vilayəti qarşısında xidmətlərinə görə” fərqlənmə nişanı təqdim edib./Report