Rusiyada yetkinlik yaşına çatmayanlara enerji içkilərinin satışı qadağan edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.
İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 14.16.1-ci maddə bu qaydaya əməl etməyən vətəndaşlara 30-50 min rubl, vəzifəli şəxslərə 100-200 min rubl, hüquqi şəxslərə isə 300-500 min rubl məbləğində cərimə tətbiq edəcək.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu qərarın gənc nəslin sağlamlığının qorunması üçün qanunvericilik səviyyəsində aparılan sistemli işin davamı olduğunu vurğulayıb.