• Bakı C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Sadettin Saran azadlığa buraxıldı - YENİLƏNİB
DÜNYA
20 Dekabr 2025 | 19:16

Sadettin Saran azadlığa buraxıldı - YENİLƏNİB

"Fənərbaxça" klubunun prezidenti Sadettin Saran sərbəst buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, onun prokurorluqdakı dindirilməsi başa çatıb.

Bundan sonra Sarandan saç və qan nümunələrinin götürülməsi üçün məhkəmə-tibbi ekspertiza qurumuna göndərilib. 

Ümumi prosedurlar tamamlandıqdan sonra "Fənərbaxça" prezidenti məhkəmə nəzarəti altında azadlığa buraxılıb.

***

15:28

Türkiyədə başladılan “Narkotik” istintaqı çərçivəsində şübhəli bilinərək İstanbul Baş Prokurorluğu tərəfindən ifadəyə çağırılan "Fənərbaxça" klubunun hazırkı prezidenti Sadettin Saran məhkəmədə ifadə verib.

Bakıvaxtı.az xəbər verir ki, onun ifadəsi təxminən 2 saat davam edib.

Saran prokurorluqdakı sorğusunun tamamlanmasından sonra saç və qan nümunələrinin götürülməsi üçün Forensik Tibb İnstitutuna aparılıb.

Qeyd edək ki, narkotik maddələrlə bağlı aparılan istintaq çərçivəsində Sadettin Saran ötən gün şübhəli qismində İstanbul Baş Prokurorluğu tərəfindən ifadə vermək üçün məhkəməyə çağırılıb.


SON XƏBƏRLƏR