• Bakı 32° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

Semeru vulkanında iki püskürmə qeydə alınıb
DÜNYA
06 Avqust 2025 | 12:57

Semeru vulkanında iki püskürmə qeydə alınıb

İndoneziyanın Yava adasında yerləşən Semeru vulkanında iki püskürmə qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, Semeru Vulkan Müşahidə Bürosu birinci püskürmənin yerli vaxtla saat 05:24-də baş verdiyini bildirib.

Vulkanın püskürməsi nəticəsində yaranan kül buludu 600 metr yüksəklikdə şimal-şərq istiqamətində yayılıb.

Bildirilib ki, ikinci püskürmə isə saat 10:08-də baş verib və oxşar şəkildə 600 metr hündürlüyə kül qalxıb.

Qeyd edək ki, İndoneziya "Sakit okean od halqası" üzərində yerləşdiyi üçün burada 130-a yaxın aktiv vulkan mövcuddur.

Əli Hüseynov


SON XƏBƏRLƏR

06 Avqust 2025