• Bakı 25° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.944

    RUB - 2.0968

Sərhədi pozan əcnəbilər saxlanıldı - FOTOLAR
CƏMİYYƏT
31 Iyul 2025 | 08:32

Sərhədi pozan əcnəbilər saxlanıldı - FOTOLAR

İyulun 27-də Azərbaycan sərhədini qanunsuz şəkildə pozmağa çalışan şəxslər saxlanılıb.

Bakıvaxtı.az bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadla xəbər verir.

    Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində 3 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı (1997-ci il təvəllüdlü Mesimi Rami Süleyman, 2004-cü il təvəllüdlü Moussaouı Tadjedin Həsən, 2003-cü il təvəllüdlü Kateb Djoudı Abdulxani), “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Gürcüstan istiqamətində isə 1 nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı (Udula İmanthalanka) dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

    Fakt üzrə əməliyyаt-istintaq tədbirləri davam еtdirilir.


    SON XƏBƏRLƏR

    31 Iyul 2025