• Bakı 25° C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Şotlandiya klubu 6 futbolçusu ilə vidalaşdığını elan edib
İDMAN
20 May 2025 | 21:45

Şotlandiya klubu 6 futbolçusu ilə vidalaşdığını elan edib

Şotlandiya təmsilçisi "Reyndcers" 6 futbolçusu ilə vidalaşdığını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qlazqo kollektivi müqavilə müddəti başa çatan Yanis Haci, Leon Baloqun və Tom Lourenslə yeni sözləşmə imzalamayıb.

Bundan başqa, cari mövsümün əvvəlində komandaya icarə əsasında qoşulan Vaçlav Çerniy, Nerayşo Kasanviro və Rafael Fernandes öz klublarına qayıdıblar.

Qeyd edək ki, "Reyndcers" bu mövsüm Şotlandiya çempionatını "Seltik"in ardınca ikinci sırada tamamlayıb.


SON XƏBƏRLƏR

11 Iyun 2025