• Bakı C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Suriyada terror aktının qarşısı ALINDI
DÜNYA
25 Yanvar 2026 | 17:11

Suriyada terror aktının qarşısı ALINDI

Suriyanın daxili təhlükəsizlik qüvvələri Latakiyada terror aktının qarşısını alıb və üç nəfəri həbs edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslər müxtəlif vaxtlarda Latakiya vilayətində daxili təhlükəsizlik əməkdaşlarına və Suriya ordusuna hücumlarda iştirak edən terror qruplaşmasının üzvləridir.

Saxlanılanlar arasında "Saraya əl-Cavad" terror qruplaşmasının rəhbəri Mucana Qiyat Mahmud, həmçinin Cəfər Sami Həsən və Adəm Qiyat Mahmud var.

Əməliyyat zamanı onlara aid partlayıcı qurğular, müxtəlif silahlar, döyüş sursatları, qumbaralar və terror aktlarında istifadə üçün hazırlanmış hərbi texnika müsadirə edilib.


SON XƏBƏRLƏR

24 Yanvar 2026