"Fələstin ABŞ prezidenti Donald Trampın Fələstin dövlətinin yaradılması ehtimalından bəhs edərkən ehtiyatlı bəyanatlar verməsinin fərqindədir".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl TASS-a verdiyi müsahibədə bildirib.
"Prezident Trampın BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsində Fələstin dövlətinə "ölçülü-biçili istinad etdiyinin" fərqindəyik", - deyə o qeyd edib.
Səfir vurğulayıb ki, yeganə mümkün həll yolu zorakılığa və gərginliyə son qoymağın yeganə yolu olan iki dövlətli həll yoludur.
Diplomat sözünə davam edərək bildirib: "İsrail bundan yaxşı xəbərdardır".
O eyni zamanda iddia edib ki, Trampın yanaşmaları onun Fələstin dövlətinin yaradılmasına isti baxdığının göstəricisidir.
Bakı 












