• Bakı 34° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.944

    RUB - 2.0968

Tramp Medvedevə xəbərdarlıq - Ona deyin ki,...
DÜNYA
31 Iyul 2025 | 10:22

Tramp Medvedevə xəbərdarlıq - Ona deyin ki,...

ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedevin ünvanına kəskin ifadələr işlədib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

    “Prezidentliyi baş tutmayan, hələ də özünü Rusiya prezidenti hesab edən Medvedevə deyin ki, sözlərinə diqqət etsin! O, çox təhlükəli ərazilərə girir”, - deyə Tramp vurğulayıb.

    Qeyd edək ki, bu yaxınlarda D. Medvedev Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcəyi təqdirdə ABŞ-ı müharibə ilə hədələyib, həmçinin, bəyan edib ki, Rusiyanın Ukrayna ilə necə danışıqlar aparacağına qərar vermək Trampın işi deyil.

    Tramp paylaşımında Rusiya və Hindistan üçün tariflər məsələsinə də toxunub.

    Söhbət Rusiya neftini alan ölkələr, o cümlədən Hindistan üçün ikinci dərəcəli rüsumların artırılmasından gedir.

    "Qoy ölmüş iqtisadiyyatlarını birlikdə məhv etsinlər, mənim vecimə də deyil. Bizim Hindistanla çox az işbirliyimiz var, onların tarifləri çox yüksəkdir, dünyanın ən yüksək tarifləridir. Eynilə, Rusiya və ABŞ da bir-biri ilə demək olar ki, biznes işləri aparmır", - deyə Tramp yazıb.


    SON XƏBƏRLƏR

    31 Iyul 2025