• Bakı 24° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Türkiyədəki Akkuyu AES-in I enerji bloku yaxın bir ildə işə salına bilər
DÜNYA
28 Iyun 2025 | 14:54

Türkiyədəki "Akkuyu" AES-in I enerji bloku yaxın bir ildə işə salına bilər

Türkiyədəki "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) I enerji bloku bir il ərzində istismara verilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak "Anadolu" agentliyinə bildirib.

O əlavə edib ki, hazırda Türkiyədə daha bir AES-in tikilməsinin iqtisadi məqsədəuyğunluğu öyrənilir.

"Rosatom" Türkiyənin ilk AES-i olan "Akkuyu"nun tikintisini Mersin vilayətində aparır. Stansiya hər biri 1 200 MVt gücündə olan dörd enerji blokundan ibarət olacaq.


SON XƏBƏRLƏR