• Bakı 21° C

    6.6 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Ukrayna Rusiya ilə İstanbul razılaşmasının icrasını təxirə saldı
DÜNYA
07 Iyun 2025 | 15:48

Ukrayna Rusiya ilə İstanbul razılaşmasının icrasını təxirə saldı

“Ukrayna tərəfi gözlənilmədən cəsədlərin qəbulu və hərbi əsirlərin mübadiləsini qeyri-müəyyən müddətə təxirə salıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna ilə danışıqlar üçün Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski deyib.

O xatırladıb ki, Rusiya tərəfi İstanbul razılaşmalarına uyğun olaraq iyunun 6-da Ukrayna Silahlı Qüvvələrinin həlak olmuş 6 mindən çox hərbçisinin cəsədinin Kiyevə təhvil verilməsi, habelə yaralı və ağır xəstə, yaşı 25-dən az olan hərbi əsirlərin mübadiləsi üçün humanitar aksiyanın həyata keçirilməsinə başlayıb.

“Ukrayna Silahlı Qüvvələrinin 1212 əsgərinin dondurulmuş cəsədlərinin ilk partiyası artıq soyuducu yük maşınlarında mübadilə zonasına gətirilib. Qalanları isə yoldadır. Bundan əlavə, “yaralılar, ağır xəstələr və gənclər” kateqoriyasındakı 640 hərbi əsirdən ibarət ilk siyahı sərhəddə Ukrayna Müdafiə Nazirliyinə təhvil verilib. Amma Ukrayna tərəfi gözlənilmədən həm cəsədlərin qəbulunu, həm də hərbi əsirlərin mübadiləsini qeyri-müəyyən müddətə təxirə salıb”, - Medinski qeyd edib.


SON XƏBƏRLƏR