• Bakı 22° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

“Viva Desserts”də qiymət oyunu aşkarlanıb
CƏMİYYƏT
18 Iyun 2025 | 15:16

“Viva Desserts”də "qiymət oyunu" aşkarlanıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Viva Desserts" MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Bu barədə Bakıvaxtı.az-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb və İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci bəndinə (Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) uyğun olaraq xəta törədib.


SON XƏBƏRLƏR