Yekaterinburq məhkəməsi Akif Səfərov barəsində də həbs qətimkan tədbiri seçib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, məhkəmə ittiham tərəfinin tələbini təmin edib və A. Səfərovu 22 günlüyünə istintaq təcridxanasına göndərib.
Məhkəmənin qərarı ilə A. Səfərov barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.
***
12:56
Dövlət ittihamçısı Akif Səfərovun şübhəli şəxs qismində istintaqa cəlb olunduğunu söyləyib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, prokuror məhkəmədən onun barəsində 22 sutka həbs qətimkan tədbirinin seçilməsini istəyib.
***
11:58
Yekaterinburq məhkəməsi iyulun 27-də saxlanılan daha bir azərbaycanlı, Akif Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, A. Səfərov məhkəmə zalına gətirilib.