• Bakı 22° C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Magistralda maşını sərxoş halda sürdü - 25 sutkalıq həbs edildi

HADİSƏ

02 Iyun 2025 | 15:17

Magistralda maşını sərxoş halda sürdü - 25 sutkalıq həbs edildi

Ələt-Astara magistralında sərxoş halda avtomobil idarə edən və polisin qanuni tələbinə qəsdən tabe olmayan şəxs həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə magistralın Masallı rayonundan keçən hissəsində - Sərçuvar kəndi ərazisində yerləşən BDYPİ-in stasionar postunda qeydə alınıb.

Belə ki, Lənkəran rayon sakini 26 yaşlı Elnur Abbaszadənin idarə etdiyi “Chevrolet” markalı avtomobil yol polisi tərəfindən postda saxlanılıb.

Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsini etibarnaməsiz idarə etdiyi, həmçinin sərxoş halda olduğu müəyyənləşib və nəqliyyat vasitəsi duracağa yerləşdirilib. Bu zaman sürücü E.Abbaszadə polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərib.

Buna görə də, onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə E.Abbaszadə 25 sutka inzibati qaydada həbs edilib.


SON XƏBƏRLƏR

05 Iyun 2025