ABŞ Sahil Mühafizəsi ötən gün Vaşinqton ştatında bir dəniz təyyarəsinin qəzaya uğradığını açıqlayıb.
Kanada sərhədinə yaxın San Juan adasındakı Friday Harbourdan havaya qalxan təyyarənin Uidbey adasının qərbində Mutiny körfəzinə düşdüyü müəyyən edilib. Sahil Mühafizə qrupları bir nəfərin cəsədini tapıb. 1-i uşaq olmaqla 9 nəfərin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. Bildirilir ki, qəzaya düşən “de Havilland Canada DHC-3 Otter” tipli tək mühərrikli hidrotəyyarənin 55 yaşı var.
Bakıvaxtı.az xəbər verir ki, İspaniyanın Jerez de la Frontera bölgəsindən Almaniyanın Köln şəhərinə havaya qalxan Cessna Citation 551 tipli şəxsi təyyarənin Latviya sahillərində Baltik dənizinə düşdüyü bildirilib.
Fransanın paytaxtı Paris və Almaniyanın Köln şəhəri üzərində dairələr çəkildikdən sonra İsveçin Qotland adasının yaxınlığından keçərək Baltik dənizinə doğru hərəkət edən təyyarənin pilotundan cavab alınmamasının ardından NATO döyüş təyyarələrinin təyyarəni dayandırmaq üçün havaya qalxdığı bildirilib. Sürətini və hündürlüyünü itirən təyyarənin Latviya sahillərində dənizə düşdüyü bildirilib. İsveç, Latviya və Litva bölgəyə axtarış-xilasetmə helikopterləri və gəmilər göndərib, təyyarənin göyərtəsində 4 nəfərin olduğu ehtimal edilir.
Almaniyanın Duysburq şəhərində, Şimali Reyn-Vestfaliya əyalətində kiçik təyyarə FlicFlac sirkinin dayanacağına çırpılıb. 2 nəfərin öldüyü qəzada qəzaya uğrayan təyyarənin qəzaya uğramasından sonra dayanacaqda olan 8 avtomobil yanıb, 10 avtomobilə ziyan dəyib. Təyyarənin sirk ərazisindən cəmi 50 metr aralıda qəzaya uğraması “fəlakətin astanası” kimi şərh edilib. Qəza zamanı sirkdə nümayişi 900-ə yaxın insanın izlədiyi və insanları qəza yerindən uzaq tutmaq üçün şounun ləğv edilmədiyi bildirilib.
Təyyarə A59 şossesi yaxınlığında qəzaya uğradığından magistral qısa müddətə nəqliyyat üçün bağlanıb.
Aytac Aslan
















