Bakı şəhəri Suraxanı rayonunda 19 yaşlı qız dəm qazından boğulub.
Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən gün Dədə Qorqud qəsəbəsində qeydə alınıb.
2006-cı il təvəllüdlü Şövqiyyə Hilal qızı Baxşıyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Yaxınları onun meyitini gecə saat 04 radələrində aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.